İqtisadi gündəm
Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
Azərbaycanda qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanacaq.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, qara metallurgiya sahəsində mövcud bazar şəraitinin, istehsal və logistika xərclərinin qiymətləndirilməsi, tətbiq oluna biləcək stimullaşdırıcı tədbirlərin və güzəştlərin müəyyən ediləcək.
Müəyyən edilmiş stimullaşdırıcı tədbirlərin və güzəştlərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, iqtisadi cəhətdən məqsədə uyğun dəstək alətlərinin və rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi formalaşdırılacaq.
İqtisadi cəhətdən məqsədəuyğun stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə başlanılması, habelə qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi tətbiq ediləcək.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü








.jpg)

.jpg)








.jpg)















