İqtisadi gündəm
Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?
Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sentyabrın 23-nə olan məlumata görə, Çikaqoda buğda fyuçersləri iyundakı minimum göstərici ilə müqayisədə 40 faiz artaraq son üç il yarımın ən yüksək səviyyəsinə çatıb.
Asiya, Yaxın Şərq və Afrikanın əsas idxalçıları Ukrayna və Rusiyadan tədarükə güvənirdilər. Lakin hazırda onlar alternativ mənbələr axtarmağa məcbur olublar.
Bir çox alıcı Qara dənizdən tədarükün bərpasına imkan verəcək razılaşmanı gözləyərək bir neçə ay ərzində alışları təxirə salıb. Hazırda isə xüsusilə idxaldan asılı Asiya ölkələrində ehtiyatlar azalır.
"Reuters"in məlumatına görə, ilin sonuna qədər əlçatan taxıl uğrunda rəqabətin daha da güclənəcəyi gözlənilir. Bu dövrdə Cənub yarımkürəsindən yeni məhsulun bazara daxil olması gözlənilir. Həmin vaxta qədər buğdanın qiyməti daha da arta bilər.
Buğdanın bahalaşması taxıl idxalından daha çox asılı olan ölkələrdə ərzaq inflyasiyasının yeni dalğası riskini də artırır.
Qeyd edək ki, sentyabr ayında Ukraynanın kənd təsərrüfatı istehsalçıları avqustla müqayisədə ixrac tempini artırmağa nail olublar. Lakin dəniz limanlarının davam edən blokadası aqrar sektor üçün əsas iqtisadi risklərdən biri olaraq qalır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü








.jpg)

.jpg)








.jpg)















