İqtisadi gündəm
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı açıqlama
Bu ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayı yenidən artmağa başlayıb.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, avqustun sonuna Azərbaycanda 22 milyon 974 min ədəd ödəniş kartı olub. Bu, iyulun sonu ilə müqayisədə 189 min ədəd və yaxud 0,8% çoxdur. Halbuki, iyulda ödəniş kartlarının sayı iyuna nisbətən 29 min ədəd və yaxud 0,05% azalaraq 22 milyon 785 min ədədə düşmüşdü.
Maraqlıdır ki, ötən ay ölkədə nağdsız əməliyyatlarının ümumi məbləği də əvvəlki aya nisbətən azalma nümayiş etdirib. Belə ki avqustda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi məbləği 8 milyard 888 milyon manat təşkil edib. Bu isə iyul ayı ilə müqayisədə 824 milyon manat və yaxud 8,5% azdır. İyulda isə nağdsız əməliyyatlarının ümumi məbləği iyuna nisbətən 190 milyon manat və yaxud 1,9% azalaraq 9 milyard 712 milyon manata düşmüşdü.
Xatırladaq ki, gələn aydan ölkədə əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü








.jpg)

.jpg)








.jpg)















