İqtisadi gündəm
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirildi
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya “AnewZ” telekanalının baş redaktoru Qay Şoun modereatorluq edib.
Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırılan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Ölkəmizdə mövcud olan sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaratdığı imkanlar, sənaye zonalarında tətbiq olunan təşviq mexanizmləri barədə məlumat verilib.
Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına yaratdığı üstünlüklər diqqətə çatdırılıb. İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. Bərabər rəqabət imkanlarının təmin edilməsi, istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Müzakirələrdə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, Danimarkanın “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, İtaliyanın DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.
Panel sessiyada Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib. Azad iqtisadi zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd edilib.
Panel iştirakçıları beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü










.jpg)

.jpg)








.jpg)















