İqtisadi gündəm
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon dollara çatır
Prezident İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır.
Publika.az xəbər verir ki, Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür.
Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər. Müzakirələrdə BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.
Forumda iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatır. Bu miqyasda qlobal investorların Bakıda bir araya gəlməsi Azərbaycanın investisiya imkanlarına marağın göstəricisi olmaqla yanaşı, ölkəmizin iri beynəlxalq kapital üçün təqdim etdiyi imkanların tanıdılması, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm fürsətdir.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?








.jpg)

.jpg)











.jpg)














