İqtisadi gündəm
Sabahdan bu kreditlərlə bağlı YENİ QAYDALAR GƏLİR
Azərbaycanda onlayn kredit götürənlər üçün yeni qaydalar sabahdan qüvvəyə minir. Vətəndaşlar artıq öz adlarına kredit rəsmiləşdirilməsini əvvəlcədən bloklaya biləcəklər.
Publika.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənən yeni tələblər 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.
Yeni qaydalara əsasən, müştərinin yazılı müraciəti əsasında bank onun adına distant qaydada istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitinin artırılmasına tam məhdudiyyət tətbiq etməlidir.
Bu məhdudiyyət bankın bütün satış platformalarında qüvvədə olacaq. Vətəndaş tətbiq etdiyi qadağanı yalnız banka şəxsən müraciət etməklə, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə biləcək.
Kredit verilməzdən əvvəl bank borcalanın adına belə məhdudiyyətin olub-olmadığını həm daxili sistemləri, həm də Kredit Bürosunun bazası üzərindən yoxlamalı olacaq.
Onlayn kredit götürülməsini bloklayan şəxsin adına distant qaydada yeni kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması mümkün olmayacaq. Belə şəxsin adından məsafədən kredit müraciəti edilərsə, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə məlumat göndərməlidir.
Bundan başqa, distant qaydada rəsmiləşdirilən kreditlər üzrə vəsaitin ödənilməsi üçün gözləmə müddəti tətbiq ediləcək. Minimum əməkhaqqının iki mislinədək olan kreditlər müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra, bu həddən yuxarı kreditlər isə 24 saat sonra ödəniləcək.
Yeni tələblər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarına da şamil ediləcək.(Operativ Media)
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.jpg)

.jpg)
























