İqtisadi gündəm
Yanacaq bahalaşdı, yeni problem yarandı - Sürücülər oğurluğa başladı
Almaniyada yanacağın qiymətinin kəskin artması sürücülər arasında yanacaq oğurluğu hallarının çoxalmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya yanacaqdoldurma məntəqələri operatorlarının maraqlarını müdafiə edən assosiasiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi yanacaqdoldurma məntəqələrinin operatorları gecə saatlarında oğurluq hallarının qarşısını almaq üçün kolonları söndürməyə başlayıblar. Yanacaq oğurluğuna həm gənclər, həm də yaşlı insanlar arasında rast gəlinir.
Assosiasiyanın nümayəndəsi Herbert Rabl qeyd edib ki, yanacağın qiyməti litri 2,4 avroya yaxınlaşdıqdan sonra bəzi sürücülər yanacağın pulunu ödəmədən məntəqəni tərk edirlər.
Buna baxmayaraq, Almaniyada demək olar ki, bütün yanacaqdoldurma məntəqələrində videomüşahidə sistemlərinin olması oğurluq edənlərin tutulma riskini artırır. Peşəkar oğrular isə oğurlanmış dövlət nömrə nişanlarından istifadə edir və ya nömrələri gizlədirlər.
Qeyd edək ki, sentyabr ayında Almaniyada dizel və E10 markalı benzinin qiyməti tarixi rekord səviyyəyə yüksəlib. Ölkədə və ümumilikdə Avropada yanacağın bahalaşmasına Bab əl-Məndəb boğazı ətrafında vəziyyətin kəskinləşməsi də təsir edib.
Müəllif: Adəm
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.jpg)

.jpg)
























