İqtisadi gündəm
Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında liderdir
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət həcmi son beş ildə 72,2 milyard dollara çatıb.
Publika.az Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına istinadla xəbər verir ki, qardaş ölkə 2021-2025-ci illər arasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarına 41,6 milyard dollar dəyərində mal və xidmətlər tədarük edib, idxal həcmi isə 30,6 milyard dollar olub.
Bu ilin ilk doqquz ayında Türkiyənin TDT ölkələrinə ixracı 4,8 milyard dollar təşkil edib.
TÜİK-in məlumatına görə, Azərbaycan son beş il ərzində Türkiyə məhsullarının aparıcı alıcısı olub. Hesabat dövründə Türkiyənin ölkəmizə ixracının həcmi 13,7 milyard dollara çatıb.
Sonrakı yerlərdə Qazaxıstan (9,9 milyard dollar) və Qırğızıstan (5,6 milyard dollar) gəlir.
Eyni dövrdə Qazaxıstan Türkiyəyə ən çox mal tədarük edib (16,7 milyard dollar). Özbəkistan (6,9 milyard dollar) və Azərbaycan (6,2 milyard dollar) bu göstərici üzrə sonrakı yerləri tutur.
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı










.jpg)


























.jpg)