İqtisadi gündəm
Şəkərin qiyməti bir ildə görünməmiş həddə çatdı - Qıtlıq təhlükəsi artır
Dünya bazarında şəkərin qiyməti son bir ilin ən yüksək səviyyəsinə çataraq bir funt üçün 20 sent (34-38 qəpik) həddinə yaxınlaşıb.
Publika.az xəbər verir ki, buna səbəb iqlim dəyişiklikləri fonunda məhsuldarlığın azalması və şəkər qamışı istehsalına mənfi təsir göstərən “El-Ninyo” hadisəsidir.
“Bloomberg”in məlumatına görə, ilin əvvəlində şəkər bazarında təklif bolluğu müşahidə olunurdu. Lakin “El-Ninyo”nun təsirlərinin güclənməsi vəziyyəti kəskin dəyişib. Analitiklərin bir qismi indi xam şəkər bazarında qıtlıq yarana biləcəyini proqnozlaşdırır.
Xam şəkərin qiyməti iyuldan bəri 25 faizdən çox bahalaşıb. Avqustdan etibarən isə qiymətlər demək olar ki, hər ay illik maksimumu yeniləyir.
“El-Ninyo” Cənub yarımkürəsində şəkər istehsal olunan bölgələrdə yağıntıların artmasına, ekvatorun şimalında isə quraqlığın daha da güclənməsinə səbəb olur. Braziliya, Hindistan və Tailand kimi əsas istehsalçı ölkələr bu təsirləri daha ciddi hiss edir.
Agentlik qeyd edir ki, şəkərin qiymətindəki artım kənd təsərrüfatında daha genişmiqyaslı məhsul itkisi riskinin göstəricilərindən birinə çevrilə bilər.
Müəllif: Adəm
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu








.jpg)


















_(1).jpg)









