İqtisadi gündəm
İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb
Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub.
Dövlət başçıları əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi,
iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli qarşılıqlı
səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidenti İlham
Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin
daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olundu.
Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı
imkanların olduğu bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
***
Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı. Avropanın enerji
təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya
qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri,
informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq
məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf