Azərbaycanda elektrik enerji istehsalı artıb
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda elektrik enerji istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 3 faiz artıb.

Azərbaycanda elektrik enerjisi istehsalı 3 faiz artıb.

Publika.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1.0 faiz, elektrik enerjisi istehsalı isə 3.0 faiz artaraq 2.1 milyard kVt saat olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7.2 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5.6 faiz artıb, neft sektorunda isə 5.2 faiz azalıb.

Bundan başqa kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 36.3 min ton diri çəkidə ət, 133.9 min ton süd, 123.5 milyon ədəd yumurta və 2837.3 ton tərəvəz istehsal edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.4 faiz, süd istehsalı 3.2 faiz, yumurta istehsalı 11.1 faiz, tərəvəz istehsalı 10.4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3.3 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm