İqtisadi gündəm
Azərbaycan XİN-dən xarici vətəndaşlara xəbərdarlıq
"Peşəkar fəaliyyətlərini həyata keçirmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək istəyən tədqiqatçılar, alimlər və jurnalistlər bunu qanun çərçivəsində etməlidirlər".
Publika.az Trendə istinadən bildirir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib. Onun sözlərinə əsasən, Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir və Dağlıq Qarabağ münaqişəsini araşdıran və ya işıqlandıran şəxslərə qanun çərçivəsində praktiki həll təklif edir.
H.Hacıyev qeyd edib ki, peşəkar fəaliyyəti həyata keçirmək
məqsədilə Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün
əcnəbilər Azərbaycan XİN-ə ərizə göndərməlidirlər: "ABŞ-ın “The New
York Times” qəzetinin nümayəndələri bu yaxınlarda Dağlıq Qarabağa
səfər etmək üçün belə ərizə təqdim etmişdilər. Onlar
Ermənistan-Azərbaycan münaqişəsi və hər iki tərəfdəki vəziyyətlə
bağlı reportaj hazırlamağı planlaşdırırdılar. Jurnalistlər XİN-ə
müracitələrində qeyd etmişdilər ki, Azərbaycanın qanunlarına və
normativ aktlarına, eləcə də ölkənin ərazi bütövlüyünə hörmət
edirlər. Nəticədə qəzet nümayəndələri işğal edilmiş ərazilərə
qanuni icazə aldılar və Azərbaycanın digər regionlarında işləyən
jurnalistlərə verilən akkreditasiya kartları əldə etdilər. Çünki
Dağlıq Qarabağ Ermənistanın işğalı altında olsa da, Azərbaycan
ərazisidir. Bundan başqa, Böyük Britaniyadan olan araşdırmaçılar
qanun çərçivəsində Azərbaycan XİN-dən icazə aldılar və Dağlıq
Qarabağa baş çəkdilər”.
O əlavə edib ki, daha əvvəl xarici jurnalistlər Azərbaycanın işğal
edilmiş ərazilərinə baş çəkmək üçün zəruri prosedurlar barədə
məlumatlı deyildilər: “Buna görə də bu məsələdə əcnəbilərin
məlumatlılığını artırmaq olduqca vacibdir və XİN bunun üzərində
fəal işləyir”.
H.Hacıyev bildirib ki, Ermənistanın Dağlıq Qarabağa əcnəbilərin
cəlb edilməsi hesabına pul əldə etmələri barədə bəyanatı
gülməlidir: “Bu regiona qanunsuz səfər edən insanların böyük
əksəriyyəti Ermənistan vətəndaşlarıdır. İkinci qrup digər ölkələrin
erməni diasporasının üzvləridirlər. Digərləri isə aldadılaraq
Ermənistanın regionlarından birinə aparılanlardır. Onlar da
bilmirdilər ki, Azərbaycanın işğal edilmiş ərazilərindədirlər. Bu
qrupdan olan bir çox insanlar bizə müraciət edir. Onlar vəziyyəti
başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər.
Onlar Azərbaycanın qanunlarına hörmət edirlər və istəyirlər ki,
respublikaya səfər etmək üçün arzu edilməyən şəxslər siyahısından
çıxarılsınlar. Ermənistanın təbliğatına və informasiya
kampaniyasına baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərinə
baş çəkənlərin sayı azalır. Bunu statistik məlumatlar təsdiq edir.
Məsələn, 2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin
siyahısı 60-70 nəfər azalıb”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı