İqtisadi gündəm
XİN Qarabağ münaqişəsinin həlli üçün vacib olan şərti açıqladı
"Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT - nin
Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən
Ermənistan qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi
qətnamələr yerinə yetirilməlidir".
Publika.az Trend -ə istinadən bildirir ki, bunu
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev “This week in focus” verilişində deyib.
Onun sözlərinə əsasən, hərbi faktor, işğal və aqressiya amilləri
danışıqlar prosesindən çıxarılmalıdır: “Bundan sonra bu prosesdə
sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə
bilərik”.
XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək
həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə əsasən,
Azərbaycanda qaçqınlar və daxildə bir yerdən başqa yerə keçən
şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə
qayıtmaq.
H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1995 - ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb. Lakin indiyədək danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə yalnız işğalın və Azərbaycana qarşı aqressiyanın dayandırılması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantiyası, eləcə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasının təmin edilməsi ola bilər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan