Ermənilərdən yeni cəfəngiyat – Xəritə
Bizi izləyin

İqtisadi gündəm

Ermənilərdən yeni cəfəngiyat – Xəritə

“Ermənilər uydurma soyqırıma hazırlıqlar çərçivəsində Azərbaycan və Türkiyə ərazilərindən ibarət qondarma bir xəritə hazırlayıblar”.

Axar.az xəbər verir ki, bu haqda ermənişünas İsmayıl Tanrıverdi açıqlama verib. Onun sözlərinə görə, ermənilər bu xəritəni uydurma soyqırım fonunda beynəlxaq ictimaiyyətə sərgilməyi planlaşdırırlar:

“Dənizdən-dənizə Ermənistan” xəritəsində bu dəfə nəinki Azərbaycan, eyni zamanda Türkiyə torpaqlarına da göz dikiblər. Xəritədə Dağlıq Qarabağın paytaxtı Stepanakert-İrəvan, Türkiyə ərazisində isə Van şəhərinin paytaxt olacağı göstərilərək Böyük Hayk, Kiçik Hayk, Kilikiya əyalətlərinə bölünür. Qeyd edim ki, dünən İRS partiyasının sədr müavini Zauruhi Bostançyan geniş müşavirədən sonra Azadlıq TV-yə müsahibəsində deyib ki, aprelin 24-dən sonra BMT-dən tələbimiz olacaq. Onun müsahibəsində əsas tələblərinin xəritədəki bütün ərazilərin geri qaytarılması, erməni xalqına 100 il ərzində vurulan ziyanın kompensasiya şəklində ödənilməsi kimi məlumatlar yer alıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm