İqtisadi gündəm
Ukraynalılar banklardan pullarını kütləvi çəkirlər
Ukraynanın yeni hökuməti borclarını ödəyəcək qədər ehtiyatların olduğunu və çaxnaşmaya gərək qalmadığını açıqlayıb.
Publika.Az xaricə mətbuata istinadən xəbər verir ki, bazarları sakitləşdirməyə çalışan baş nazir Arseni Yasenyuk, Beynəlxalq Valyuta Fondu (BVF) ilə kredit almaq istiqamətində görüşlərini davam etdirir: “Təcili ehtiyac duyulan kreditin alınması üçün əlimizdən gələn səyi göstərəcik. Və islahatlar aparacıq. Burada ana prioritetlərdən biri Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını davam etdirməkdir.
Bütün şərtləri tamamlayacağıq. Təkrar edirəm kredit üçün lazım olan şərtlər yerinə yetiriləcək. Ukrayna Parlamenti və Koalisiya kreditin alınması üçün lazımlı olan qanunlara yaxında səs verəcək". Ukrayna Mərkəz Bankının rəhbəri Stepan Kubiv isə BVF səlahiyyətlilərinin ilk qiymətləndirmələr üçün gələcək həftə Kievdə olacağını deyib. BVF rəhbəri Christine Lagarde də Ukrayna ilə əlaqədar vəziyyəti qiymətləndirdi.
Lagarde bildirib ki, qətiliklə gerçəklərə söykənib vəziyyəti olduğu kimi qiymətləndirməlidirlər. Bu anda çaxnaşma olmağı tələb edəcək kritik bir vəziyyət görmürük: “Ümid edirik ukraynalı səlahiyyətlilər kifayət qədər qiymətləndirilməmiş mənasız ədədlər ortaya atmazlar". Ukrayna xalqı isə bütün bu şərhlərə baxmayaraq banklardan nağd pul çəkməkdə davam edir. Ukrayna Mərkəz Bankı, keçən həftə haqq hesablarının 7 faiz nisbətində azaldığını açıqlayıb.
Banklarda olan 17,8 milyard dollar haqq hesabının15 milyard dollara düşdüyü deyilir. Məhz bu səbəbdən də Mərkəz Bankı gündəlik çəkilə biləcək kurs miqdarına müvəqqəti məhdudlaşdırma tətbiq etməyə başlayıb. Bank gündəlik kurs çəkilişi həcmini 500 min dollarla məhdudlaşdırıb.
Leyla
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı
-
Magazin207:3563 yaşlı Demi Mur göz qamaşdırdı - Fotolar












.jpg)








.png)








.jpg)





.jpg)



