Hadisə
"Əri olmayanda evə kişi gətirirdi" - Dəhşətli qətlin TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızını öldürüb.
Bu hadisə artıq bir neçə gündür ki, kütləvi informasiya
vasitələrinin gündəmini zəbt edib. Qətlinin baş vermə səbəbi ilə
bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb.
Yayılan xəbərlərə görə, R.Aslanovanın başı balta ilə kəsilib.
Hadisənin az yaşlı uşaqların yanında törədildiyini bildirilir.
Hüquq mühafizə orqanlarından azvision.az-a daxil olan məlumata
görə, məlum qətllə bağlı mətbuatda həqiqəti əks etdirməyən
məlumatlar yayılıb. Bildirilib ki, ərin öz həyat yoldaşının başını
kəsdikdən sonra, küçədə əlində oynatması haqda deyilənlər
yalnışdır.
“Qadının başı balata ilə kəsilməyib. Hadisə yerindən maddi sübut
kimi qanlı bıçaq götürülüb. Mətbuata yazılır ki, guya qətl hadisəsi
az yaşlı uşaqların gözü önündə törədilib. Bu, həqiqətdən
uzaqdır.
Hadisə əslində belə baş verib. Oğlan çoban işləyirdi. Ailənin maddi
çətinlikləri olub. Evdə hər gün söz-söhbət, ərlə həyat yoldaşı
arasında mübahisə baş verib. Aqşin Aslanov hadisə baş verən gün evə
gəlib. Arvadı ilə birlikdə həyətin küncündə yerləşən otağa
gediblər. O, həyat yoldaşına yaxın münasibətdə olmağı təklif edib.
Əslində onun niyyəti qadını öldürmək olub. Otağa daxil olduqdan
sonra qadın otağın qapısını arxadan bağlayıb ki, heç kəsi içəri
girə bilməsin. Bu vaxt ər cibində gizlətdiyi bıçağı həyat
yoldaşının boğaz nahiyyəsinə vurub.
Həmçinin iddia edilir ki, guya qətl yataqda törədilib və müxtəlif
işgəncə halları üzə çıxıb. Bunlar da yalandır. Hadisə döşəmənin
üzərində törədilib. Hadisə zamanı otaqda az yaşlı uşaqlar
olmayıb”.
Bildirilib ki, A.Aslanov hadisəni törədikdən sonra polisə könüllü
şəkildə təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq
zəminində öldürdüyünü etiraf edib. A.Aslanov qətli törətməsinə
səbəb kimi, həyat yoldaşının ona xəyanət etdiyini deyib.
Hadisəni törədən şəxsin qohumları onun dediklərini təsdiq
ediblər.
A.Aslanovun yaxınları (onlar cəmiyyətdə qınaq obyektinə çevrilməmək
üçün adlarının çəkilməsin istəmirlər-red) Rüxsarə Aslanovanın
əxlaqsızlıqla məşğul olduğunu, onun həyat yoldaşına dəfələrlə
xəyanət etdiyini bildiriblər.
“Aqşin çobanlıq edirdi. O, səhər evdən çıxır, axşama kimi mal-qara
ilə məşğul olurdu. Rüxsarə onunla alə qurduqdan sonra tez-tez
evlərindən söz-söhbət olurdu. Maddi durumları yaxşı deyildi. Aqşin
çox vaxt evdə olmurdu. Arvadı və uşaqları evdə tək olurdu. Bundan
istifadə edən Rüxsarə evə başqa kişilər gətirirdi. Qonşular bir
neçə dəfə bunun şahidi olublar. Bir dəfə qonşular Rüxsarəni tənbeh
edərək evə başqa kişi gətirməməsini tələb ediblər. Bu hadisə bir
neçə dəfə təkrarlanıb.
Rüxsarə nə etdiyini bilmirdi. Ağzına gələni danışırdı, qonşulara
deyirdi ki, mənim həyatıma qarışmayın, öz bilərəm kimi evə
gətirirəm. Rüxsarə son vaxtlar təmiz yolunu azmışdı. Aqşin axırda
onun bu hərəkətlərindən xəbər tutdu. Hadisə də Rüxsarənin
əxlaqsızlıqdan olub”.
Qohumların sözlərinə görə, Rüxsarə ərindən icazəsiz özünə mobil
telefon alıbmış. Bunun üstündə onlar bir neçə dəfə dava ediblər:
“Yeməyə çörək tapmırdılar.Ancaq qız özünə telefon almışdı. Aqşinin
atası buna etirazını bildirib. Rüxsarənin telefonuna yad kişlər
zəng edirmiş. Aqşin bundan xəbər tutub. Hazırda polis Rüxsarənin
danışdığı oğlanlarla bağl araşdırma aparılır.
Hadisə baş verən Aqşinə kənddən bir kişi deyib ki, arvadından
xəbərin yoxdur, evə kişi gətirib. Aqşin əsəbi şəkildə evə gəlib və
arvadını öldürüb”.
Qeyd edək ki, faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi
başlanıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu