Bir ailənin 4 üzvünün kolbasadan zəhərlənməsi XƏBƏRİ YALAN ÇIXDI - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bir ailənin 4 üzvünün kolbasadan zəhərlənməsi XƏBƏRİ YALAN ÇIXDI - - FOTOLAR

Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Mingəçevir şəhərində bir ailənin 4 üzvünün kolbasadan zəhərlənməsi xəbəri doğru deyil.

Bunu Publika.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

O bildirib ki, valideynlər uşaqlarında ürəkbulanma və qusma ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər: "Valideynlərin onların zəhərləndiyini ehtimal ediblər. Lakin müayinədən sonra onların heç birində zəhərlənmə əlamətləri müşahidə edilməyib. Sadəcə soyuqlama əlamətləri olub. Ona uyğun da müalicə təyin edilib”.

Gülxar

***

Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhərin Yaşar Muradov küçəsindəki 27 nömrəli mənzildə qeydə alınıb. Ev sahibi 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm