Salyanda iki avtomobil toqquşdu
Bizi izləyin

Hadisə

Salyanda iki avtomobil toqquşdu

Faktla bağlı araşdırmalar aparılır.

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Təbriz Xəlilbəyli küçəsində yaşayan, 53 yaşlı Cavanşir Səttar oğlu Abdulayev idarə etdiyi "Vaz-2106" markalı avtomobillə hərəkət edərkən "Vaz-2107" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-2106" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm