Dostu ilə birgə bibisinin 60 min manatını oğurladı - ŞİRVANDA
Bizi izləyin

Hadisə

Dostu ilə birgə bibisinin 60 min manatını oğurladı - ŞİRVANDA

Paytaxtda iki dost oğurluqdan əldə etdiyi pulları barlarda xərcləməyə başlayıblar.

Şirvan şəhərində mənzildən külli miqdarda qızıl oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini Sahibə Musayevanın evindən 38700 manat dəyərində qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon, 6000 ABŞ dolları və 9500 manat oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan sakinləri, 1996-cı il təvəllüdlü Coşqun Musayev və 1997-ci il təvəllüdlü İsmayıl Məmmədov həbs edilib.

Coşqun Musayev ev sahibinin qardaşı oğlu olub. Bibisinin evində qızıl və pul olduğunu bilən Coşqun Musayev cinayəti törətməyi dostu İsmayıl Məmmədovla palanlaşdırıb.

Oğurluğu törədən Coşqun və İsmayıl Bakı şəhərinə gəliblər. Paytaxtda iki dost oğurluqdan əldə etdiyi pulları barlarda xərcləməyə başlayıblar. Amma iki dostun əyləncəsi uzun çəkməyib. Onlar paytaxtda tutulublar.

Oğurlanan qızıllar və əldə qalan pul zərərçəkənə qaytarılıb. Faktla bağlı cinayət işi başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm