Hadisə
Qonşusunun döydüyü tibb bacısı komaya düşdü
Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə,
bu gün saat 10:30 radələrində Zaqatala şəhəri "Kür-Araz" adlanan
yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı
Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə
xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala
MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X.
Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə
döyülüb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə səhər
saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X.
Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb
xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələ ki istintaqa
məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyüb, ona ağır bədən
xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir
nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO