Hadisə
Bibisi oğlunu öldürən gəncə HÖKM OXUNMADI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, çıxışında müvəkkilinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu bildirib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində Məhkəmə-Psixiatrik Ekspertiza təyin edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib, Cavidan Seyfullayevin cinayət işinin ekspertizaya göndərilməsi barədə qərar çıxarıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Cinayət hadisəsi bu ilin may ayının 8-də Xətai rayonunda baş verib. M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyfullayev tutulub.
Qətlə yetirilmiş Musa Nurullayev Ceyhun Seyfullayevin bibisi oğludur. (teleqraf.com)
-
MDB17:49
Putin fərman imzaladı: Gürcülərə böyük JEST
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO