Azərbaycan elminə AĞIR İTKİ
Bizi izləyin

Hadisə

Azərbaycan elminə AĞIR İTKİ

59 yaşında vəfat edib.

Tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, E.Əlizadə 250-dən çox elmi əsərin müəllifi idi. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur. O, coğrafiya sahəsində 7 fəlsəfə doktoru yetişdirib.

Elmə verdiyi töhfələrə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə ölkə Prezidentinin 26 may 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm