Hadisə
Dəniz sahilində çürümüş və didilmış meyit tapıldı
Bakıda dəniz kənarından çürümüş kişi meyiti tapılıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində dənizdə boğularaq sahilə çıxmış kişi meyiti ötən il dekabrın 8-də aşkar edilib.
Dərhal ekspertlərin iştirakı ilə meyitə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, onun əynində göy rəngli üzərində “MEXX” sözləri yazılmış cins şalvar, qara rəngli kəmər, qara rəngli corab, üzərində “DANAGİ” yazılmış ayaqqabı olub.
Baxış zamanı həmçinin meyiti tapılan şəxsin sünnət olunmadığı müəyyən edilib. O, 25-30 gün əvvəl öldüyündən cəsədin üzərində çürümə əlamətləri müşahidə olunub. Həmçinin bədənin müxtəlif hissələrini balıqlar yeyib. Meyiti tapılan şəxsin yaşının 45-55, boyunun uzunluğunun isə 180 sm olduğu ehtimal edilir.
Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Onu tanıyanlardan (012) 455 02 02, (012) 455 44 32 telefon nömrələrinə məlumat vermələri xahiş olunur. (apa)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi