Hadisə
Bakıda sərxoş qadın kafe sahibəsini bıçaqladı
Bakı şəhəri, Binəqədi rayonu ərazisində kafe sahibəsi bıçaqlanıb.
Hadisə səhərə yaxın "Arpaçay" kafesində qeydə alınıb. Kafe sahibi, 32 yaşlı Kərimova Xəyalə Qurban qızı kafenin müştərisi Xəyalə adlı qadın tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı 32 yaşlı qadında sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası aşkar edilib. Yaralı cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb və ilkin izahatı alınıb. Məlum olub ki, o, hadisəni törədərkən içkili vəziyyətdə olub. İnsident zamanı onunla birgə gələn Cəlal və Tərlan adlı şəxslər də kafeni yararsız hala salıblar.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində təhqiqat araşdırmaları aparılıb və material istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. (salamnews)
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO