Hadisə
Ötən il 140 məhkum ölüb
2016-cı il ərzində İşgəncələrə Qarşı Avropa Komitəsi və
BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun əməkdaşları Azərbaycana
səfər ediblər.
Bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib. O
bildirib ki, həmin təşkilatların qaldırdığı məsələlərə həssaslıqla
yanaşılıb, fəaliyyətlərinə normal şərait yaradılıb,
təhlükəsizlikləri təmin edilib: "İşgəncələrə Qarşı Avropa
Komitəsinin nümayəndə heyəti Bakı və 2 saylı istintaq
təcridxanalarına, 2, 4 saylı cəzaçəkmə müəssisələrinə, həbsxanaya
və müalicə müəssisinə başçəkmə həyata keçirib. Başçəkmələrdən sonra
nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Görüş
zamanı nümayəndə heyəti müəyyən iradlarını bildirib və
tövsiyələrini verib. Aşkarlanan nöqsanlar üzrə nazirin göstərişi
əsasında araşdırmalar aparılıb. Nəticədə 2 saylı istintaq
təcridxanasının və 4 saylı cəzaçəkmə müəssisəsinin 10 əməkdaşı
intizam məsuliyyətinə cəlb edilib. 2 saylı istintaq təcridxanasının
rəisi tutduğu vəzifədən azad edilib".
O.Məmmədovun sözlərinə görə, 2016-cı ildə penitensiar müəssisələrdə
saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər,
yaxud 3,2 faiz azalıb ki, bu, amnistiya aktının tətbiqi ilə
bağlıdır: "Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif
əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661
nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması
ilə əlaqədar, 1503-ü cəzada vaxtından əvvəl, 137-si əfv aktına,
2891 amnistiya aktına əsasən, 8-i xəstəliyə görə, 110-u
qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla azadlığa
buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və
həbs edilmiş şəxs vəfat edib".
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi