Azyaşlı uşaq maşının altında qalaraq öldü
Bizi izləyin

Hadisə

Azyaşlı uşaq maşının altında qalaraq öldü

Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında Balakən şəhəri, Səttar Gözəlov küçəsində baş verib.

Şadlıq evlərinin birində keçirilən tədbirdən çıxıb ailə üzvləri ilə evə gedən 5 yaşlı Sona Allahverdiyeva valideynlərinin əlindən çıxaraq qəfil yolun hərəkət zolağına qaçıb. Həmin anda Xəlil Ağayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə uşağı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Balakən rayon Polis şöbəsində araşdırma aparılır /Report/.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm