Sabirabadda “Jiquli” yük maşını ilə toqquşdu
Bizi izləyin

Hadisə

Sabirabadda “Jiquli” yük maşını ilə toqquşdu

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə aprelin 1-i günorta saatlarında rayonun Şixlar kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 50 yaşlı Əliyar Fazil oğlu Musayevin idarə etdiyi “Jiquli” markalı avtomobil “Kamaz”la toqquşub. Nəticədə avtomobildə sıxılıb qalmış “Jiquli”nin sürücüsü FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm