Baş konsul: "Metroda partlayışlar nəticəsində ölənlər arasında azərbaycanlı yoxdur" - (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Baş konsul: "Metroda partlayışlar nəticəsində ölənlər arasında azərbaycanlı yoxdur" - (YENİLƏNİR)

"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib.

O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

S.Qasımovun hadisə yerindən əldə etdiyi məlumata görə, metrodakı partlayışlar zamanı 5 nəfər ölüb, 55 nəfər yaralanıb.

***

Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.

O deyib ki, konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm