Lənkəranda zəlzələ oldu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Lənkəranda zəlzələ oldu (YENİLƏNDİ)

Lənkəran rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, aprelin 5-də saat 03:16 radələrində Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zəlzələ nəticəsində dağıntı və təlafat qeydə alınmayıb.

***

Lənkəran rayonunda zəlzələ baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə təqribən 03:20 radələrində qeydə alınıb.

Təqribən 3 bal gücündə olan yeraltı təkanlar hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm