Oğlunun ölümünü görmək istəməyən ananın faciəvi sonu
Bizi izləyin

Hadisə

Oğlunun ölümünü görmək istəməyən ananın faciəvi sonu

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Bu gün səhər saatlarında rayonun Ərəb Sarvan kəndində yaşayan 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib.

Onun meyitini səhər yuxudan duran oğlu aşkarlayıb.

Qeyd edək ki, 51 yaşlı S.Eyyubovanın 3 övladı var. Onun böyük oğlu bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Bir neçə ay əvvəl gənc oğlanın səhhətində ciddi problemlər yaranıb. Müxtəlif müayinələrdən sonra həkimlər onun ürəyində ciddi problemin olduğunu deyiblər və ağır diaqnoz qoyublar.

Hələ ailə həyatı qurmamış oğlunun düçar olduğu xəstəliyi fikir edən, tez-tez oğlunun ölümünü görmək istəmədiyini deyən və onun ölümünü görməkdənsə, öz ölümünü seçəcəyini bildirən qadın ötən gecə özünü asaraq həyatına son qoyub.

Onun meyitini tapan oğlu da məhz həmin – ürək xəstəliyindən əziyyət çəkən övladı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm