• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

Cocuq Mərcanlıda 2838 qəlpə və iki mina aşkarlandı

Cocuq Mərcanlıda 2838 qəlpə və iki mina aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2838 qəlpə, iki mina (1 piyada əleyhinə “OZM-72” minası və 1 tank əleyhinə “TM-57” minası) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 46 min 47 kvadratmetr ərazi (4 min 477 kvadratmetr əl ilə, 13 min 600 kvadratmetr mexaniki üsulla və 27 min 970 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.

ANAMA-dan Publika.az-a bildiriblər ki, 49 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 6 ədəd piyada əleyhinə “OZM-72” mina və 34 ədəd tank əleyhinə mina (10 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 389 min 214 kvadratmetr ərazi (433 min 957 kvadratmetr əl ilə, 406 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 436 min 57 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 7-dək cəmi 5123 partlamamış hərbi sursat, tank əleyhinə 75 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 443 min 878 kvadratmetr ərazi (488 min 621 kvadratmetr əl ilə, 406 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 436 min 57 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR