Çəkiclə qonşusunu döydü - Göygöldə qəribə cinayət
Bizi izləyin

Hadisə

Çəkiclə qonşusunu döydü - Göygöldə qəribə cinayət

Göygöldə dava zamanı 2 nəfər xəsarət alıb.

Göygöldə dava zamanı 2 nəfər xəsarət alıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Samir İsmayıl oğlu və onlara qonaq gələn bacısı qızı, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Məmmədova Aytac Rövşən qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Onların bildirdiyinə görə, hadisə Yeni Qızılca kəndində baş verib. Evdə olan zaman qonşu çəkiclə içəri daxil olaraq S. Əliyevə və qonaq A. Məmmədovaya xəsarət yetirib.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm