Hadisə
3 kəndi qorxudan körpü - Buradan keçmək cəsarət istəyir - - FOTO/VİDEO
İsmayıllı rayonunda 3 kəndi birləşdirən körpü artıq keçilməz vəziyyətdədi.
Publika.az xəbər verir ki, 1 ilə yaxındır daşqınlar nəticəsində yararsız hala düşən körpü hələ də təmir olunacağı günü gözləyir. Sakinlərsə, hər gün canlarını təhlükəyə ataraq həmin körpüdən keçməli olurlar. Avtomobillər isə çayın içindən keçərək mənzil başına çatmağa çalışırlar. Əgər suya batmasalar... Körpünün indiyə qədər bərpa olunmamasının səbəblərini Leyla Nadirqızı araşdırıb.
İsmayıllının Qarakolluq kəndindən keçən Dəvəbatan çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Qarakolluq, Yenikənd və Şükürçü kəndlərini birləşdirən körpünü 2016-cı ilin iyun ayında baş verən güclü yağıntılar və sel yararsız hala salıb. Bununla belə təhlükəli körpüdən insanlar istifadə etmək məcburiyyətindədirlər.
Alternativ yoldan istifadə edənlərsə axar çaydan ehtiyyat edirlər. Çay yük avtomobillərinə problem yaratmasa da, kiçik avtomobillərin bəzən suda batıb qalmasına səbəb olur. Sakinlər körpünün yararsız vəziyyətdə olması ilə bağlı aidiyyatı orqanlara müraciət etsələr də, müraciətləri nəticəsiz qalıb. Məsələ ilə bağlı kənd bələdiyyəsindən isə körpünün yenidən bərpası istiqamətində iş aparıldığı bildirilib.
Artıq layihənin ilkin smetası da hazırlanıb. Vəsait ayrıldıqdan sonra işlərə başlanacaq. (ARB Şəki)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi