Şəmkirdə evdə partlayış - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Şəmkirdə evdə partlayış - Xəsarət alan var

Hadisə İrmaclı kəndində qeydə alınıb.

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var.

Publika.az xəbər verir ki, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm