Hadisə
Azərbaycanda ŞOK HADİSƏ: gəlin toy gecəsi ərini atıb sevgilisi ilə qaçdı - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
İmişli rayonunun Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhəmməd İsmayılov Publika.az-a açıqlamasında iki gün əvvəl baş verən hadisənin təfərrüatı barədə məlumat verib:
“Hadisə iki gün əvvəl yaşanıb. Qız toyundan sonra evə gəlib və həmin axşam sevdiyi oğlanla qaçıb. Ailə elə həmin gecə hadisədən xəbər tutub. Məlum olub ki, qız başqa kənddən olan öz qohumları ilə qaçıb. Səhv etmirəmsə, bibinəvəsidir”.
Qızın ailəsi tərəfindən məcbur olaraq evləndirilməsinə gəldikdə, icra nümayəndəsi ailə məsələsi olduğundan bu barədə dəqiq fikir yürütməyin doğru olmadığını dedi: “Həmin qız bir ildən çoxdur nişanlı idi. Oğlan qonşu kənddən idi və bayramlarda oğlanın ailəsi həmişə gəlib-gedirdi. Qız bu evliliyə razı olmasaydı, bu qədər müddətdə etiraz etmək imkanı var idi. Bəlkə də, hadisə toydan əvvəl baş versəydi, bu qədər qalmaqal olmazdı. Lakin yenə də qeyd edirəm, ailə məsələsi olduğundan fikir yürütmək doğru olmaz”.
Gülxar
***
Azərbaycanda toy günü gəlin başqasına qoşulub qaçıb.
Hadisə İmişli rayonunun Qaradonlu kəndində baş verib. Toy mərasimi aprelin 15-də İmişli şəhərində “Kral” şadlıq sarayında baş tutub. Mərasimdən sonra gəlin başqasına qoşulub qaçıb. Gəlinin sevgilisi ilə birlikdə qaçdığı deyilir.
Qızın valideynləri məsələ ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verib.
Şöbənin müstəntiqi Elsəvər Əliyev azaews.az-a açıqlamasında toyu olan qızın sevgilisi ilə qaçdığını deyib:
“Qızın yeri məlumdur, izahat da alınıb. Deyir sevib, könüllü qaçmışam. Beş ildir bir-birimizi sevirdik. Məqsədim ailə qurmaqdır. Biz ona heç nə edə bilmərik, yaşı tamam, sevdiyi şəxslə ailə qurub.”
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR