Tovuzda filial müdirinin qətlinin üstü açıldı - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Tovuzda filial müdirinin qətlinin üstü açıldı - TƏFƏRRÜAT

Tovuz rayonunda baş vermiş qətlin üstü açılıb.

"Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

"Report"un məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib. Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra başına küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun qadının başına kərpiclə zərbə endirdiyi ehtimal edilir) bir neçə zərbə endirib. Onun öldüyünü gördükdən sonra, filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.

Mübahisə zamanı V.Vəliyev də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanaların birinə gedib rengenə düşüb, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedərək yıxılaraq xəsarət aldığını bildirib və xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb. V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu məlum olub. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir. İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. Lakin analarına məxsus xarici pasportun evdə tapılması onları bu düşüncələrindən yayındırıb və polisə məlumat veriblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qapısı bağlı filialın ikinci açarı mühasibdə də olduğu məlum olub və açar ondan alınaraq otağa giriş olunub və qadının cəsəti filialda tapılaraq ekspertizaya göndərilib. Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev:

"Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim görüm ordadımı, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü yıxılıb başımdan xəsarət aldım" – deyə cavab verib. Lakin istintaq zamanı onun ifadələrində yalan və hadisə yerində aparılan araşdırmalar zamanı kifayət qədər faktların olması cinayətin onun tərəfindən törədilməsi subut edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O sonradan ifadəsində Raya Bayramova ilə arasında pul üstündə mübahisə etdiyini bildirib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

***

Tovuz rayonunda baş vermiş qətlin üstü açılıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, "Azərsığorta" Dövlət Siğorta Kommersiya Şirkətinin Tovuz rayon filialının rəhbəri, 1956-cı il təvəllüdlü Raya Nəsrəddin qızı Bayramovanın qatili saxlanılıb.

Tovuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun 1964-cü il təvəllüdlü Vidadi Bəhman oğlu Vəliyev tərəfindən qətlə yetirildiyi məlum olub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm