Qadının evindən heroin çıxdı - ŞİRVANDA
Bizi izləyin

Hadisə

Qadının evindən heroin çıxdı - ŞİRVANDA

Faktla bağlı Şirvan şəhər Polis şöbəsində cinayət işi açılıb.

Şirvan şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini saxlanılıb.

Publika.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı Şirvan şəhər sakini Seyidrza Seyidsadıq oğlu Ağami və onunla əlbir olan Mehriban Mehman qızı Səmədova şübhəli şəxs qismində saxlanılıb. Qadının evinə baxış keçirilən zaman onun yaşadığı mənzildən ümumi çəkisi 25 qrama yaxın narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm