Hadisə
Şamaxıda çay daşdı, üç kəndlə əlaqə kəsildi
İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub.
Publika.az xəbər verir ki, nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub.
Rayon mərkəzinə getmək mümkün olmadığından sakinlər çaydan keçmək üçün atlardan istifadə edirlər. Bundan əlavə, sel suları kəndlərdə əkilən bostan sahələrinə də ciddi ziyan vurub. Dörd kənddə çayın həm sol, həm də sağ sahilində əkilən bostan və tərəvəz bitkilərini sel yuyub aparıb. Hətta bəzi ərazilərdə torpaq uçqunları da baş verib. Kəndlərə verilən elektrik enerjisi kəsilib. Şamaxı-Qaleybuğurd yolunun 4-6 km.-də Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülülb.
Günün ikinci yarısından başlayaraq aidiyyəti qurumlar əraziyə cəlb olunub. Təmir işləri nəticəsində Qaleybuğurd kəndi ilə əlaqə bərpa edilib. Digər iki kəndlə hələ də əlaqə yoxdur.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq