Hadisə
MARAQLI OLAY: Oğurladığı pulları və zinət əşyalarını oğurladılar
Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb.
Publika.az Apa.ya istinadən bildirir ki, Şirvan sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İsmayılov Coşqun Rövşən oğlu şəhər sakininin evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları və 750 manat dəyərində noutbuk, ümumilikdə 2250 manat dəyərində oğurluq edib. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Müəyyənləşdirilib ki, C.İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan birincidən xəbərsiz qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları - 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla birlikdə lombarda qoyaraq əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-
Nida Xəbər 10:05
Forum başladı: İlham Əliyev mərasimdə iştirak edir - YENİLƏNDİ
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı