Dispanserdə dava düşdü - Tibb bacıları saçyolduya çıxdı
Bizi izləyin

Hadisə

Dispanserdə dava düşdü - Tibb bacıları saçyolduya çıxdı

Faktla bağlı araşdırma aparılır.

Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb.

Publika.az xəbər verir ki, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm