Ağdaşda QƏZA: Sərnişin avtobusu avtomobillə toqquşdu - - FOTO
Bizi izləyin

Hadisə

Ağdaşda QƏZA: Sərnişin avtobusu avtomobillə toqquşdu - - FOTO

Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Mingəçevirlə Zərdab rayonunun Bıçaqçı kəndi arasında daimi sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə Ağdaş rayonunun Pirəzə kəndi ərazisində baş verib.

Belə ki, Ağdaş rayon sakini Füzuli Aslanovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun Kotavan kənd sakini Atamoğlan Şirinovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşması nəticəsində yol qəzası baş verib. Xoşbəxtlikdən avtobus son reysi başa vurub yenidən Ağdaşa dönərkən qeydə alınıb. Bu səbəbdən də avtobusda cəmi bir neçə sərnişin olub. Hər iki avtomobilin sürücü və sərnişinləri yüngül xəsarət alıblar.

Faktla bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm