Gədəbəydə “Qazel” piyadanı vurdu
Bizi izləyin

Hadisə

Gədəbəydə “Qazel” piyadanı vurdu

Gədəbəydə bazara heyvan aparan kənd sakinini maşın vurub.

Publika.az xəbər verir ki, hadisə rayonun Arıqdam kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü İsgəndərov Cəmil Vəli oğlu bazara heyvan apararkən hərəkətdə olan “Qazel” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.İsgəndərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm