Azərbaycanlı Strasburqda qətlə yetirildi
Bizi izləyin

Hadisə

Azərbaycanlı Strasburqda qətlə yetirildi

Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.

Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm