Yasamalda 2 əl qumbarası aşkar edildi
Bizi izləyin

Hadisə

Yasamalda 2 əl qumbarası aşkar edildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bakının Yasamal rayonunun Şərifzadə küçəsi 72 ünvanına baxış keçiriblər.

Publika.az bildirir ki, baxış zamanı iki ədəd “MK2” əl qumbarası və 15 ədəd müxtəlif çaplı patron (11 ədəd yeddi millimetrlik və 4 ədəd doqquz millimetrlik tapança patronu) aşkar edilib və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Eyni zamanda ANAMA-dan Azərtac-a bildiriblər ki, yanvarın 1–dən avqustun 7-dək, ümumilikdə, 5 min 868 partlamamış hərbi sursat, tank əleyhinə 197 mina və piyada əleyhinə 31 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 695 min 877 kvadratmetr ərazi yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm