Bakıda avtomobil sexində yanğın - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda avtomobil sexində yanğın - YENİLƏNDİ

Bakıda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın doqquz qarajı əhatə edib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

***

Bakıda avtomobil təmiri sexində yanğın başlayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan avtomobil təmiri sexində yanğın müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm