Qaradağda GÜCLÜ YANĞIN - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qaradağda GÜCLÜ YANĞIN - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Qaradağdakı yanğınla bağlı yeni məlumat yayıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində 200 m² sahədə karton qutular və şüşə taralar yanıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın saat 17:57-də məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər görülür.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının söndürülməsi üçün işlər görülür.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm