Şamaxıda 14 yaşlı oğlanı maşın vurdu
Bizi izləyin

Hadisə

Şamaxıda 14 yaşlı oğlanı maşın vurdu

Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o, yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm