Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin intiharının TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin intiharının TƏFƏRRÜATI

Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı Sədi Bəşirov intihar edib.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan S.Bəşirov nənəsi ilə birlikdə yaşayırdı. O, əmisinin həyətindəki yarımçıq tikilidə intihar edib:

“Sədinin anası illərdir ağır xəstədir. O, hələ ailə qurmamışdan əvvəl avtomobil qəzası keçirib. Ağır kəllə-beyin travması almışdı. Həmin qəzadan beynində problem qalıb. Uşaqları olandan sonra xəstəlik daha da kəskinləşdi. 4-5 ildir ki, Sədinin anası Bakıda xalasının yanında qalır. O, yataq xəstəsi olmasa da, tək özünü idarə edə bilmir. Sədinin atası ilə boşanandan sonra başqa bir qadınla ailə qurub Bakıda yaşayır. Onun yoldaşından ayrılma səbəbi də məhz xəstəliyi idi”.

Sakinlər deyir ki, valideynləri ayrılandan sonra Sədi və qardaşına ata nənəsi baxıb:

“Qardaşının 12 yaşı var. Hadisə baş verəndə də qardaşı, nənəsi, əmisi uşaqları evdə olub. O, əmisinin həyətindəki yarımtikilidə özünü asıb. Onun meyitini ilk dəfə qardaşı görüb, nənəsigilə xəbər verib. Onun intiharının səbəbi dəqiq bəlli olmasa da, ailədə yaşadıqları problem və sıxıntılardan olduğu güman edilir”.

Sakinlərin sözlərinə görə, S.Bəşirov Mədəniyyət və İncəsənət Universitetində oxusa da, karate, kikboksinq üzrə ölkədaxili dərəcələri var, yaxşı idmançı olub. Universitetlə bağlı heç bir problemi olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm