Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürüldü
Bizi izləyin

Hadisə

Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürüldü

Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Yanğınların yayılmasının qarşısı alınıb.

Nazirliyin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm