Aşıq Ədalətlə vida mərasimi ləğv olundu (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Aşıq Ədalətlə vida mərasimi ləğv olundu (YENİLƏNDİ)

Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. Bu barədə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

***

Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq.

Bu barədə aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib.

Onun sözlərinə görə, ustad aşığın dəfn olunacağı qəbiristanlıq hələlik dəqiqləşməyib: “Hələlik qəti qərara gələ bilməmişik. Bakıdakı qəbiristanlıqların birində dəfn olunacaq. Sabah saat 12-də öz evimizdə - Mirqasımov küçəsi, 4 ünvanında vida mərasimi təşkil olunacaq”. (apa)

Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

***

Aşıq Ədalət adı ilə tanınan azərbaycanlı saz ifaçısı Ədalət Nəsibov bir neçə saat öncə vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Hekayət Nəsibov verib. O, suallarımızı cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 78 yaşlı sənətçi uzun müddətdir səhhətində problemlər yaşayırdı. O, 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı olub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm